Bu ölkədə neft hasilatı sutkada 1 milyon barel aşağı düşdü | Banco.az

Bu ölkədə neft hasilatı sutkada 1 milyon barel aşağı düşdü

Liviyada son bir neçə gündə sutkalıq neft hasilatı 1,3 milyon barel səviyyəsindən təxminən 1 milyon barel düşüb.

Bu barədə məlumatı Liviyanın Milli Neft Korporasiyası (NOC) yayıb.

Hasilat düşməyə davam edə bilər.

Aprelin 20-də Milli Neft Korporasiyası El Hariqa limanında fors-major rejiminin tətbiq olunduğunu elan edib. Şirkət bildirib ki, Liviya mərkəzi bankının neft sənayesinə vəsait ayırmaqdan imtina etməsi və bunun nəticəsində neft şirkətlərinin borclarının yaranması səbəbilə limandan neft göndərilməsi dayandırılacaq.

Korporasiya qeyd edib ki, Liviya mərkəzi bankı neft şirkətlərinə təxminən 222 milyon dollar ödəməyi öhdəsinə götürüb, lakin vəsait “qondarma müqavilələrə və lazımsız mallara” xərclənib.

Aprelin 21-də Milli Neft Korporasiyasının törəmə şirkəti “Sirte Oil Company” ağır maliyyə vəziyyəti səbəbindən neft hasilatını davam etdirə bilməyəcəyini bildirib. Şirkət 72 saat neft hasil etməyəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et