Müəllif:Ayşən İmanova/Banco.az
Latviya hökuməti müdafiə xərclərini ödəmək üçün növbəti üç il ərzində maliyyə təşkilatlarının mənfəətinə əlavə verginin tətbiqini dəstəkləyib.
Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” Baltikyanı ölkənin Maliyyə Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
"Bu qanun milli təhlükəsizlik sahəsində dövlətin maliyyə ehtiyaclarını ödəmək üçün əlavə resurslar tapmağa kömək edəcək", - Latviyanın maliyyə naziri Arvils Aşeradens bildirib.
Bankların xalis faiz gəlirlərinə təsir edəcək yeni tədbirin 2025-ci ildə büdcəyə əlavə olaraq 93 milyon avro, növbəti iki ildə isə hər il 85 milyon avro cəlb edəcəyi gözlənilir. Eyni zamanda, kreditləşmənin həcmini artıran qurumlar vergi dərəcəsini aşağı sala biləcəklər.
“Bloomberg” əlavə edir ki, qanun layihəsi imzalanması üçün ölkə Prezidenti Edqars Rinkeviçsə təqdim olunmazdan əvvəl Latviya Seymi (parlamenti) tərəfindən təsdiq edilməlidir.
Xatırladaq ki, iyun ayında Latviya Müdafiə Nazirliyinin rəhbəri Andris Spruds ölkənin 2024-cü ildə müdafiə xərclərini ÜDM-in 3%-nə qədər artıracağını bildirmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!