Bu ölkədə milyonçulardan koronavirus vergisi alınacaq | Banco.az

Bu ölkədə milyonçulardan koronavirus vergisi alınacaq

Tamara Mustafayeva, Banco.az

Argentina hökuməti Covid-19 ilə mübarizə çərçivəsində zəruri tibbi avadanlıqları təmin etmək və çətin vəziyyətdə olan müəssisələrə köməklik göstərmək üçün lazım olan pulu ölkənin ən varlı insanlarından almağa qərar verib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, bir dəfə üçün tətbiq ediləcək bu xüsusi vergi növü ilə 200 milyon pesodan (2.3 milyon dollar) çox sərvəti olanlar ölkə daxilindəki varlıqlarının 3%-ni, ölkə xaricindəki varlıqlarının isə 5%-ni dövlətə verəcək.

Hökumət bununla da, 3 milyard dollar əldə etməyi planlaşdırır. Qeyd edək ki, sözügedən verginin bir qismi isə yoxsullara yardım və təhsil təqaüdləri üçün sərf ediləcək.

"Milyonçu vergisi" adlandırılan bu xüsusi vergi ölkənin ən varlı 12 min şəxsinə şamil ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram