Bu ölkədə kütləvi etirazlar iqtisadiyyata 10 milyard dollar ziyan vurub | Banco.az

Bu ölkədə kütləvi etirazlar iqtisadiyyata 10 milyard dollar ziyan vurub

Müəllif:Ayşən İmanova/Banco.az

Banqladeşdə kütləvi tələbə etirazları və onların nəticələri, o cümlədən komendant saatı və internetin bağlanması ölkə iqtisadiyyatına ən azı 10 milyard dollar ziyan vurub.

Banco.az xəbər verir ki, bu barədə “The Daily Star” nəşri Banqladeşin Ticarət-Sənaye Palatasına istinadla məlumat yayıb.

Məlumata görə, komendant saatı zorakılıq dalğasının qarşısını alsa da, iqtisadiyyat üçün ağır nəticələrə səbəb olub. Qadağa səbəbindən bir çox müəssisə fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. 

Ən sərfəli kredit üçün müraciət et

İnternetin kəsilməsi ölkə ixracatının təxminən 85 faizini təşkil edən tikiş sənayesinə də təsir etdiyi güman edilir.

Qeyd edək ki, iyulun əvvəlində Banqladeşin müxtəlif şəhərlərində kütləvi etirazlar başlayıb. Etirazçılar 1971-ci ildə müstəqillik müharibəsində iştirak edənlərin qohumları üçün iş kvotalarının ləğvini tələb ediblər.

Ən sərfəli krediti almaq üçün müraciət et