Müəllif: Tamara Mustafayeva, Banco.az
İtaliya hökuməti 2023-cü ildən 2 min avronu keçən kriptovalyuta mənfəətinə 26 faiz vergi tətbiq etməyi planlaşdırır.
Banco.az xəbər verir ki, dünən dərc edilən büdcə layihəsində qeyd olunan məlumata görə, kriptovalyuta ticarətindən əldə edilən mənfəət 2000 avronu keçərsə, bu mənfəətin 26 faizi vergiyə cəlb olunacaq.
İtaliyada təxminən 1,3 milyon insanın kriptovalyuta investoru olduğu güman edilir. Bu rəqəm əhalinin 2,3 faizinə bərabərdir.
Sözügedən qanun layihəsinin qüvvəyə minməsi halında italyalılar yanvarın 1-dən etibarən kriptovalyuta investisiyalarını hökumətə bəyan etməli olacaq və hazırki vəsaitlərinə görə 14 faiz vergi ödəyəcəklər.
Bizi sosial şəbəkələrdən izləyin!!