Bu ölkədə kişilərə qadınlardan daha çox maaş verilməsi qadağan olundu | Banco.az

Bu ölkədə kişilərə qadınlardan daha çox maaş verilməsi qadağan olundu

İslandiyada parlamentin razılığı ilə qəbul olunan yeni qanuna əsasən, iş yerlərinə, kişi işçilərə qadın işçilərdən daha çox maaş verilməsi qadağan edildi. Bu qanun 1 yanvar 2018-ci il tarixindən tətbiq olunmağa başlayıb.

Təqdim olunan təklifə əsasən həm dövlət, həm də özəl müəssisələr qadın və kişi işçilərinə eyni miqdarda əmək haqqı ödədiyini təsdiq edən sertifikat almalıdır. Bu sertifikatı almayan şirkətlər isə cərimələnəcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Belə təkliflər İsveçrə və ABŞ kimi ölkələrdə irəli sürülsə də, ilk dəfə məcburi olaraq İslandiyada qəbul olunmuşdur.

Dünya İqtisadi Formu-nun 2017-ci ildə yayımladığı Gender Berabersizliyi Hesabatına əsasən ən az gender problemi yaşanan ölkələrdən biri elə İslandiyadır. 2022-ci ilə qədər bu ölkə gender problemini tamamilə aradan qaldırmağı hədəfləyib.

Ən sərfəli krediti almaq üçün müraciət et