Bu ölkədə kişilər və qadınlar bərabər maaş alacaqlar | Banco.az

Bu ölkədə kişilər və qadınlar bərabər maaş alacaqlar

İspaniya hökuməti əmək haqqında gender bərabərsizliyini qadağan edən fərmanı bəyənib.

Bu barədə Əmək naziri İolanda Dias çərşənbə axşamı keçirdiyi mətbuat konfransında bildirib.

"Bü gündən daha kişi və qadın müxtəlif əmək haqqı ala bilməzlər", - o, Nazirlər Kabinetinin həftəlik iclasından sonra deyib.

Dias əlavə edib ki, şirkətlər artıq cinslər üzrə əmək haqqı qeydlərini aparmalı olacaqlar. Bu qeydlər açıq olmalıdır.

Hələ 2018-ci ildə İspaniya parlamentinin (Baş Korteslər) "Unidos-Podemos" koalisiyasından olan deputatları kişilərin və qadınların maaşlarında ayrıseçkiliyə son qoyan qanun layihəsi hazırlayıblar. Həmin vaxt layihəni praktik olaraq bütün siyasi qüvvələr dəstəkləyib.

Ən sərfəli kredit üçün müraciət et

fins.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et