Bu ölkədə “KFC”nin 100-dən çox filialı bağlanıb | Banco.az

Bu ölkədə “KFC”nin 100-dən çox filialı bağlanıb

Müəllif:Ayşən İmanova/Banco.az

Amerika restoranlar şəbəkəsi “KFC” Malayziyadakı 108 filialını müvəqqəti bağlayıb.

Banco.az xəbər verir ki, bu, İsrailin Qəzza zolağına hücumlarına cavab və Fələstin xalqına dəstək nümayişi kimi qəbul edilib.

Məlumata görə, Malayziyada 600-dən çox “KFC” restoranı var. Filiallar son bir həftədir müştəri çatışmazlığı səbəbindən bağlanıb. Daha çox restoran filiallarının fəaliyyətinin dayandırması gözlənilir.

Qeyd edək ki, İsrailin Qəzza zolağına qarşı başlatdığı hücumları dəstəkləyən bəyanatlar verən və yardım göndərən beynəlxalq şirkətlər bütün dünyada boykot və etirazlara məruz qalır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et