Bu ölkədə kafe və restoranlar yenidən erkən bağlanmağa başladı | Banco.az

Bu ölkədə kafe və restoranlar yenidən erkən bağlanmağa başladı

Tamara Mustafayeva, Banco.az

İngiltərədə Covid-19 tədbirləri çərçivəsində bar və restoranlar erkən bağlanmağa başlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, İngiltərədə pandemiya ilə mübarizə üçün görülən yeni tədbirlər çərçivəsində restoran və barların saat 22:00-da (Bakı vaxtı ilə 01:00) bağlanmasına başlanılıb.

İngiltərədə Baş Nazir Boris Johnson tərəfindən yeni növ koronavirus infeksiyasının "təhlükəli dönüş nöqtəsinə" çatması səbəbilə elan edilən tədbirlər çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən iaşə müəssisələri daha erkən bağlanmağa başlayıb.

Bu yeni qərardan sonra küçələrdə sıxlığın azalmasına müvəffəq olunub. 

6 ay davam edəcək yeni tədbirlərə əməl etməyən müəssisələrə 10 min funt sterlinq (təqribən 13 min dollar) cərimə tətbiq ediləcək. 

Qeyd edək ki, hökumət xüsusən bar və restoranları hədəfə alan yeni məhdudiyyətlərlə son aylar ərzində daha çox gənclər arasında artan yoluxma halının qarşısını almağa çalışır.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Avropanın pandemiyaya qarşı yeni strategiyası necə olacaq?

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et