Tamara Mustafayeva, Banco.az
Avropadan pandemiyaya qarşı yeni strategiya: Yüngül karantin
Avropa ölkələri pandemiyanın əvvəlində tətbiq edilən sərt karantin tədbirlərindən sonra nisbətən yumşaldılmanın yaşanıldığı yay aylarını geridə qoyarkən koronavirus xəstələrinin sayında artım müşahidə olunmasının qarşısını almaq üçün yeni strategiya tətbiq etməyə başlayıb: Yüngün karantin
Pandemiyanın əvvəllərində tətbiq edilən evdə qalmağa əsaslanan tədbirlərin əvəzinə hazırda tətbiq edilməsi planlaşdırılan yüngül karantin rejimi yoluxmanı tamamilə azaltmağı hədəfləyir. Belə ki, yoluxma sayının yüksək olduğu bölgələrdə evdə qalma tədbirləri görüldüyü halda, iqtisadi sferanın əksər sahələri işləkliyin təmin edilməsi üçün açıq qalacaq.
Fransa, İspaniya və Birləşmiş Krallıq kimi ölkələrdə yoluxma sayının artmasına baxmayaraq ölüm nisbətinin aşağı olması səbəbilə hökumətlər yenidən sərt karantin rejiminin tətbiq edilməsinə ehtiyac duymurlar.
Ölkələr müfəssəl və effektiv immunitet qazananadək qismən və dəyişkən karantin tədbirləri ehtimal ki, gələn ilin yeni norması olacaq.
Həmçinin oxu: “Ölkələrə girişdə 14 günlük karantin müddəti tətbiq edilməməlidir”
Bizi sosial şəbəkələrdən izləyin!!