Müəllif - Aida İsaq, Banco.az
Rusiyada şirkətlərin yarıdan çoxu informasiya texnologiyaları (İT) sahəsində kadr çatışmazlığı ilə üzləşib.
Banco.az xəbər verir ki, sorğunun nəticələrinə görə, şirkətlərin 61 faizi İT bacarıqları olan namizədləri tapmaqda çətinlik çəkir. Proqramlaşdırma və veb proqramlaşdırma (19 faiz), rəqəmsal marketinq (16 faiz) və proqramların hazırlanması (14 faiz) kadrları ən çətin tapılan əməkdaşlar olduğu məlum olub.
Şirkətlərin məlumatına görə, hazırda vakant yerlərin əsas hissəsini doldurmaq üçün əvvəlki kimi iki deyil, orta hesabla üç ay vaxt lazım gəlir. Lakin yüksək maaş təklifi edən şirkətlərin digərləriylə müqayisədə bu istiqamətdə daha az çətinlik çəkdiyi də qeyd olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!