Tamara Mustafayeva, Banco.az
Britaniyada işsizlik səviyyəsi 1974-cü ildən bəri qeydə alınan ən aşağı səviyyəyə düşüb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ingilis hökuməti yetkinlik yaşına çatmış insanların 3,6% -nin işsiz olduğunu və iyul ayına qədərki üç ay ərzində iş axtardığını açıqlayıb. Ötən aylarda bu göstərici 3,8 faiz idi ki, iqtisadçılar bu dəfə də eyni nəticəni gözləyirdilər.
Hesabatda həmçinin əmək haqlarının pandemiyadan əvvəlki dövrün orta göstəricisindən xeyli yüksək olduğu, eyni zamanda uzunmüddətli xəstəlik müddətinin də artdığı vurğulanıb.
Rəqəmlər əmək haqqı və qiymət səviyyəsi İngiltərə Bankının (mərkəzi bank) 2%-lik hədəfini keçmədən iqtisadi artıma nail olmaq üçün daha az imkan olduğunu göstərir. Bu da, öz növbəsində faiz dərəcələrinin artırılmasına dair təzyiqi gücləndirir.
Böyük Britaniyada işsizlik səviyyəsi qeyri-aktivliyin artması ilə tarixi minimuma enib
İşsizlik nisbətinin azalması iqtisadi cəhətdən qeyri-aktiv və ya iş axtarmayan insanların sayının kəskin artması ilə əlaqədar yaranıb. Ümumilikdə 194 min nəfər işçi qüvvəsini tərk edib ki, bu da pandemiyanın başlanğıcından bəri ən yüksək göstəricidir. Bunun əsas səbəblərindən biri xəstəlik səviyyəsinin artması hesab olunursa, digər bir səbəb də işləyən gənclərin təhsilə geri qayıtmasıdır.
Bizi sosial şəbəkələrdən izləyin!!