Bu ölkədə iş həftəsi 5 saat azaldıla bilər | Banco.az

Bu ölkədə iş həftəsi 5 saat azaldıla bilər

Müəllif:Ayşən İmanova/Banco.az

Türkiyədə iş həftəsi 40 saata endirilə bilər.

Banco.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Məlumata görə, 30 milyondan çox işçinin maraqlarına birbaşa toxunan məsələ ötən həftə Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın sədrliyi ilə keçirilən iclasda müzakirə edilib. Burada distant, part-time, müvəqqəti və ya onlayn platformalar vasitəsilə işin yeni formaları ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər müzakirə olunub. 

Bildirilib ki, ümumilikdə beş günlük qrafik ilə iş həftəsinin müddəti 45 saatdan 40 saata endirilə bilər. Hazırda həftədə 48 saat işləyən bəzi peşələrin nümayəndələri üçün də 40 saata endirilə bilər.

Qeyd edək ki, Türkiyədə 1936-cı il "Əmək Qanunu" respublikada əmək fəaliyyəti normasını gündə 8 saat, həftədə isə 48 saat müəyyən edib. 2003-cü ildə ona yenidən baxılıb və iş həftəsi 45 saat olaraq müəyyən edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram