Son beş ildir ki, Cənubi Koreyada yaşayan insanlar Hongcheon şəhərində yerləşən saxta həbsxanada bir həftə sonunu keçirmək üçün pul ödəyirlər.
Həmçinin oxu: Uğurlu insanların həftə sonu vərdişləri
Pul müqabilində qaldıqları bu həbsxanada texnoloji alətlərlə yanaşı digər insanlarla da danışmaq qadağandır.
Cənubi Koreyanın Hongcheon şəhərində fəaliyyət göstərən saxta həbsxanada bir çox insan həftə sonunu dəyərləndirmək üçün pul ödəyir. Bu həbsxananın içərisində hər hansı bir texnoloji alətdən istifadə etmək qadağandır, həmçinin digər “məhbuslar” ilə dialoq qurmaq olmaz. Bununla yanaşı həbsxananın içərisində saat da yoxdur.
“İçimdəki həbsxana” olaraq adlandırılan bu yeri ziyarət edən fotoqraf Kim Honq Ji müsahibəsində bu müəssisənin 2013 – cü ildən bəri 2 mindən çox ziyarətçi qəbul etdiyini söyləyir. Bu ziyarətçilərin əksəriyyətini isə stressli həyatlarından bir müddətə uzaqlaşmaq istəyən ofis işçiləri və tələbələr təşkil edir.
Cənubi Koreyanın çətin iş və akademik həyatı insanları belə çıxış yolları axtarmağa məcbur edir. Müəssisənin qurucularından Noh Ji-Hayng hakim olan həyat yoldaşının “həftə ərzində 100 saat işləmək əvəzinə bir hücrədə qalmağı üstün tutardım.” sözündən yola çıxaraq belə bir müəssisə qurmağa qərar verdiyini söyləyir və müştərilərinə, “Bura həbsxana deyil, əsl həbsxana bizim qayıtmalı olduğumuz yerdir”, deyə bildirir.
28 yaşlı sıravi bir ofis işçisi olan Park Hye-ri çətin iş həyatından qaçmaq üçün həftə sonu bu yerə gələrək 90 dollar ödəyir və deyir ki, bu həbsxana ona azadlıq hissi aşılayır.
Müştərilər mavi rəngli məhbus paltarı geyinirlər, otaqlarda isə yataq yoxdur. İnsanlar yerdə yatırlar. Otaqda təkcə yoga xalçası, çay dəsti, qələm və dəftər var. Otağın içərisində güzgü də yoxdur. Bu səbəbdən də həbsxanadakı insanlar müntəzəm olaraq özlərinə baxmırlar.
Saxta həbsxananın bayır görünüşü, məhbusları pəncərədən görə bilirsiniz.
Məhbuslar müəyyən saatlarda meditasiya ilə məşğul ola bilirlər.
Məhbusların qaldıqları ərazi.
Məhbuslardan biri əlindəki əşyalar ilə otağına gedir.
Məsul şəxslərdən biri yeməkləri məhbuslara aparır.
Məhbuslar yeməklərini öz otaqlarında tək başına yeyirlər.
Bəs, bizim ölkəmizdə də belə bir yer olsaydı, siz istifadə edərdinizmi?
Həmçinin oxu: Müdrik insanlar nə üçün tənhalığı seçirlər?
Tamara Mustafayeva, Banco.az