Bu ölkədə inflyasiya rekord sürətdə artıb | Banco.az

Bu ölkədə inflyasiya rekord sürətdə artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Argentinada inflyasiya yeni rekorda imza atıb.

Banco.az xəbər verir ki, Argentinada istehlak qiymətləri ötən ay ölkənin 30 ildən çox əvvəl hiperinflyasiyadan qurtulmasından bəri ən sürətli şəkildə artıb. Bu, bazar günü keçiriləcək prezident seçkiləri ərəfəsində iqtisadiyyatın ağır vəziyyətini ortaya qoyur.

Belə ki, oktyabrda qiymətlər aylıq 8,3 faiz artıb. “Bloomberg” sorğusunda iştirak edən iqtisadçıların proqnozu ölkədə aylıq inflyasiyanın 9,45 faiz olacağı istiqamətində idi.

Sözügedən dövrdə illik inflyasiya isə 142,7 faizə yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Rəsmi məlumata görə, oktyabrda qiymət artımına rabitə, geyim və məişət malları başçılıq edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et