Bu ölkədə inflyasiya gözləniləndən daha tez istənilən səviyyəyə qayıdır | Banco.az

Bu ölkədə inflyasiya gözləniləndən daha tez istənilən səviyyəyə qayıdır

Müəllif: Tamara Mustafayeva, Banco.az

İndoneziyada inflyasiya hədəflənən səviyyəyə gözləniləndən daha tez qayıdır.

Banco.az xəbər verir ki, İndoneziyada ötən ay istehlak qiymətləri əvvəlki ilin eyni ayına görə 4 faiz bahalaşıb ki, bu göstərici bir il ərzində qeydə alınan ən kiçik artım deməkdir.

Bu həmçinin mərkəzi bankın 2%-4% hədəflik inflyasiya hədəfinə ekspertlərin proqnozlaşdırdığından daha tez müvəffəq olunduğunu göstərir.

Qeyd edək ki, İndoneziya Mərkəzi Bankı ötən bəyanatlarında hədəflənən səviyyəyə ilin üçüncü rübündə çatılacağını bildirsə də, mərkəzi bankın sədri Perri Uorjiyo bazar ertəsi keçirilən bir tədbirdə ilin sonu üçün inflyasiya proqnozunu 3,3 faiz olaraq açıqlamışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et