Bu ölkədə inflyasiya 40 ilin maksimal həddinə çatıb | Banco.az

Bu ölkədə inflyasiya 40 ilin maksimal həddinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiyada inflyasiya ötən 40 ilin maksimal həddinə çatıb.

Banco.az xəbər verir ki, Yaponiyada istehlak qiymətləri oktyabr ayında gözləntiləri üstələyərək illik 3,7 faiz artıb. 

Əsas göstəricilər də bu dövrdə iqtisadçıların proqnozlarını üstələyib. 

Təzə qida istisna olmaqla illik CPI (istehlak qiymətləri indeksi) artımı 3,6 faiz, təzə qida və enerji istisna olmaqla illik CPI artımı isə gözləntiləri üstələyərək 2,5 faiz qeydə alınıb. Bununla da, ölkədəki qiymət artımları ardıcıl 7 ay ərzində Yaponiya Bankının (BOJ) 2 faizlik inflyasiya hədəfini üstələyib.

Qeyd edək ki, inflyasiyanın 1982-ci ildən bəri ən yüksək səviyyəyə çatmasına baxmayaraq, mərkəzi bankın monetar siyasətində heç bir dəyişiklik gözlənilmir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et