Müəllif:Mehin Qasımova/Banco.az
Avstraliya nikotin asılılığı ilə mübarizə çərçivəsində yanvarın 1-dən ölkəyə birdəfəlik elektron siqaretlərin daxil olmasını qadağan edəcək.
Banco.az xəbər verir ki, ölkədə elektron siqaretlərin istifadəsinə tamamilə son qoyulması hədəflənir.
İdxal qadağası ilə yanaşı, birdəfəlik siqaretlərin istehsalı və reklamı üçün də yeni qaydalar tətbiq olunacaq.
Elektron siqaretlər müntəzəm siqareti tərgitmək üçün bir vasitə kimi satışa çıxarılsa da, lakin Avstraliyanın Səhiyyə Naziri "nikotinə aludə olan yeni nəsil" yaratdığını bildirib.
2021-ci ildən ölkədə tərkibində nikotin olan elektron siqaretlər yalnız reseptlə alına bilər. Lakin bu məhdudiyyətlərə baxmayaraq, asılılığın səviyyəsinin xeyli artdığı bildirilir.
Sidney Universitetinin bu ilin əvvəlində apardığı araşdırmaya görə, 14-17 yaşlı gənclərin dörddə birindən çoxu elektron siqaretdən istifadə edib.
BBC-nin məlumatına görə, nazir elektron siqaret idxalına qadağanın yanvarın 1-dən başlayacağını, doldurula bilən - müalicəvi olmayan elektron siqaretlərin isə mart ayından sonra ölkəyə girişinin qadağan ediləcəyini açıqlayıb.
Avstraliyalı alimlər də bu siqaretlərdə istifadə edilən mayelərin tərkibindəki kimyəvi maddələrin ağciyər sağlamlığına təsir etdiyi barədə xəbərdarlıq edirlər.
Bizi sosial şəbəkələrdən izləyin!!