Tamara Mustafayeva, Banco.az
İsveç hökuməti qış aylarında yüksək elektrik enerjisi qiymətlərini endirmək üçün yeni qanun hazırladığını açıqlayıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, İsveçin baş naziri Maqdalena Andersson hökumətin ölkədə artan elektrik qiymətlərini qış aylarında tarazlaşdırmaq üçün 30 milyard kron (təxminən 2,9 milyard dollar) büdcə hazırladığını bildirib.
Andersson qeyd edib ki, bu pul elektrik enerjisi xərclərini tarazlaşdırmaq üçün İsveç Dövlət Elektrik Xidmətinə köçürüləcək.
Bizi sosial şəbəkələrdən izləyin!!