Müəllif - Aida İsaq, Banco.az
Argentinada ekspertlərin illik inflyasiya gözləntiləri artıb.
Banco.az xəbər verir ki, bu barədə Argentina Mərkəzi Bankı sorğu keçirib. Cümə günü açıqlanan sorğuda 2023-cü ilin sonu üçün inflyasiya gözləntiləri 126 faizdən 149 faizə yüksəlib.
Analitiklər apreldə 8,4 faiz olan inflyasiyanın may ayında 90 faizə yüksəldiyini də proqnozlaşdırıb.
Argentina iqtisadiyyatının bu il 3 faiz daralacağını təxmin edən iqtisadçılar Argentina pesosunun ABŞ dollarına nisbətən rəsmi məzənnəsinin ilin sonuna kimi indiki 245 səviyyəsindən 408,68-ə yüksələcəyini proqnozlaşdırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!