Bu ölkədə əhaliyə 309 milyon avro veriləcək | Banco.az

Bu ölkədə əhaliyə 309 milyon avro veriləcək

Müəllif - Aida İsaq, Banco.az

Danimarka hökuməti bu il vətəndaşlara 2,3 milyard Danimarka kronu (309,2 milyon avro) ayırmağa hazırlaşır.

Banco.az xəbər verir ki, ölkənin maliyyə nazirliyinin məlumatına görə, məqsəd yüksək inflyasiya ilə mübarizədən daha az itkilərlə çıxmaqdır. 2022-ci ilin sonunda Danimarkada inflyasiya səviyyəsi son 40 ilin ən yüksək səviyyəsinə çatıb. Eyni zamanda, istehlak qiymətləri illik ifadədə 7,7% artıb. Tənzimləyici qurumlar bu tendensiyanın cari ildə də davam edəcəyini proqnozlaşdırır.

Danimarkanın maliyyə naziri Nikolay Vammen istehlak qiymətlərinin sürətlə artması fonunda maliyyə yardımının ilk növbədə uşaqlı ailələrə və pensiyaçılara göndəriləcəyini qeyd edib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram