Bu ölkədə dövlət qurumlarının "Facebook" istifadəsi dayandırılacaq | Banco.az

Bu ölkədə dövlət qurumlarının "Facebook" istifadəsi dayandırılacaq

Tamara Mustafayeva, Banco.az

Almaniya ölkədəki dövlət qurumlarının "Facebook" səhifələrini bağlamalarını tələb edib. 

Banco.az xarici mətbuata istinadla bildirir ki, Almaniyada Federal Məlumatların Qorunması üzrə Komissar Ulrich Kelber hökumətdən və yüksək rütbəli federal rəsmilərindən "Facebook" səhifələrini ilin sonunadək bağlamalarını istəyib.

İstifadəçi məlumatlarının kifayət qədər qorunmadığını bildirən Kelber bütün nazirliklərə və yüksək dövlət idarələrinə aid "Facebook" hesablarının təhdid altında olduğunu da vurğulayıb.

Qeyd edək ki, sözügedən qurumların Kelberin tələbindən sonra məsələni müzakirə etdikləri bildirilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram