Müəllif - Aida İsaq, Banco.az
Moskva birjasında dollar və avronun ticarət payı kəskin ucuzlaşıb.
Banco.az xəbər verir ki, bunu Moskva birjasının nümayəndəsi Sergey Titov bildirib.
Onun sözlərinə görə, Ukraynada xüsusi əməliyyat başlayandan sonra valyuta əməliyyatlarının həcmi azalmağa başlayıb. Hazırda dollar və avronun payı bir faizdən də azdır. Rublun payı isə 94 faizə yüksəlib. Çin yuanı isə digərləri ilə müqayisədə üstünlüyünü qorumağa davam edir.
Oktyabrın 31-də Moskva birjası qırğız somu və tacik somonisi ilə ticarətə başlayıb.
Qeyd edək ki, aprel ayında ticarətin yeni valyutalarla həyata keçirilməsi elan edilmişdi. Sonradan müvafiq qərar sanksiyalar və valyuta nəzarəti tədbirləri ilə əlaqələndirildi. Yayda Moskva Birjasının departament direktoru dram, sum və dirhəmlə ticarətə başladıqlarını açıqlamışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!