Bu ölkədə daşınmaz əmlak qiymətləri yenidən bahalaşıb | Banco.az

Bu ölkədə daşınmaz əmlak qiymətləri yenidən bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərədə daşınmaz əmlak qiymətləri yenidən bahalaşır.

Banco.az xəbər verir ki, bütün dünyada mənzillərin qiymətinin pik həddinə çatdığı 2022-ci ili yenicə yola saldığımız bir vaxtda Böyük Britaniyada da oxşar mənzərə müşahidə olunur.

Ölkədə əmlak qiymətləri üzrə 2020-ci ildən bəri ən yüksək artım müşahidə olunsa da, daşınmaz əmlakın dəyərinin artması qlobal investorları həvəsləndirir.

Böyük Britaniyanın onlayn daşınmaz əmlak platformalarından biri olan “Rightmove” tərəfindən açıqlanan məlumatlara görə, ölkədə əmlak qiymətləri 2020-ci ildən bəri ən böyük artımı yaşayır. Belə ki, daşınmaz əmlakın orta qiyməti yanvar ayı ilə müqayisədə 0,9% artaraq 362 438 funt sterlinq olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et