Müəllif - Aida İsaq, Banco.az
Rusiyada 2023-cü ilin yanvar-mart aylarında çin dilini bilən işçilərə tələbat keçən ilin eyni dövrü ilə müqayisədə 40 faiz artıb.
Banco.az xəbər verir ki, bu ilin birinci rübü ərzində işəgötürənlər tərəfindən bu istiqamətdə 3,8 min iş təklifi irəli sürülüb. Eyni zamanda, müvafiq dövr ərzində Çin dilini bilən namizədlərin CV-lərinin sayı 9 dəfə artıb. Daha çox tərcüməçilərə, müəllimlərə, nəqliyyat, logistika, istehsal və satış sahəsi üzrə əməkdaşlara təlabat yaranıb.
Bu tendensiya ilk dəfə 2022-ci ildə, Rusiya işəgötürənlərinin çin dilini bilən mütəxəssislərə tələbinin 2021-ci illə müqayisədə 70 faiz artdığı və 2019-cu ilin səviyyəsini qabaqladığı zaman yaranıb.
Bizi sosial şəbəkələrdən izləyin!!