Bu ölkədə “ChatGPT”nin istifadəsi qadağan edilib | Banco.az

Bu ölkədə “ChatGPT”nin istifadəsi qadağan edilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində “ChatGPT”nin istifadəsi qadağan edilib.

Banco.az xəbər verir ki, Çin hökuməti ABŞ-ın “OpenAI” şirkəti tərəfindən hazırlanan süni intellekt robotu “ChatGPT”ni təbliğat üçün istifadə oluna biləcəyi iddiası ilə qadağan edib.

Məlumdur ki, Çin siyasi təhlükəsizlik səbəbindən ABŞ texnoloji məhsullarına qarşı tez-tez müəyyən tədbirlər görür. Bu baxımdan, daha əvvəl “Facebook”, “Instagram”, “Reddit”, “YouTube”, “Wikipedia” və bəzi “Google” xidmətlərini bloklayan Çin hökuməti indi isə süni intellekt robotu “ChatGPT”yə daxil olmağı qadağan edib.

Çin mətbuatında yer alan xəbərə görə, ölkədəki bəzi tənzimləyici orqanlar da texnoloji şirkətlərdən “ChatGPT”yə girişi məhdudlaşdırmalarını və öz chatbotlarını bazara çıxarmazdan əvvəl səlahiyyətlilərə məlumat vermələrini istəyiblər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et