Bu ölkədə bir ayda açılan bitkoin hesablarının sayı bank hesablarını keçdi | Banco.az

Bu ölkədə bir ayda açılan bitkoin hesablarının sayı bank hesablarını keçdi

Tamara Mustafayeva, Banco.az

Sentyabr ayının ilk həftəsi bitkoini rəsmi valyuta elan edən Salvadorda bir ay ərzində açılan bitkoin hesablarının sayı mövcud bank hesablarını üstələyib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, 7 sentyabr tarixində aparıcı kriptovalyuta olan bitkoini ölkədə rəsmi ödəniş vasitələrindən biri kimi tanıyan Salvadorda hökumətin kriptovalyutalara dəstəyi öz bəhrəsini verib. Belə ki, ölkədə təkcə bir ay ərzində açılan bitkoin cüzdan sayı şəxsi bank hesablarından çox olub.

Qeyd edək ki, Salvador hökumətinin "Chivo" adlandırdığı rəqəmsal cüzdan vasitəsilə dəstəklədiyi bitkoinlə ödəniş hər ötən gün daha da asanlaşdırılarkən Salvador sakinləri bitkoin əməliyyatlarını ATM-lər vasitəsilə icra edə bilirlər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et