Bu ölkədə bankların 77%-i ötən ili mənfəətlə başa vurub | Banco.az

Bu ölkədə bankların 77%-i ötən ili mənfəətlə başa vurub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya banklarının 77 faizi 2022-ci ildə mənfəət əldə edib.

Banco.az xəbər verir ki, Rusiya Mərkəzi Bankı tərəfindən “Bank sektorunun inkişafının qiymətləndirilməsi” adlı hesabat dərc olunub.

Hesabatda ölkənin bank sektorunun 2022-ci ilin birinci yarısında 1,4 trilyon rubl itirdiyi qeyd edilib. İlin ikinci yarısında isə sektorun bərpa olunduğuna dair məlumatların yer aldığı hesabatda Rusiya bank sektorunun 2022-ci ili 203 milyard rubl mənfəətlə bağladığı bildirilib.

Ölkədəki bəzi bankların 2022-ci ili əhəmiyyətli zərərlə başa vurduğu xatırladılan hesabatda mənfəət əldə edən bankların nisbətinin isə 77 faiz səviyyəsində olduğu yazılıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Rusiyanın bank sektoru 2021-ci ildə 2,4 trilyon rubl mənfəət əldə etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et