Bu ölkədə 40 dollara smartfon istehsal ediləcək | Banco.az

Bu ölkədə 40 dollara smartfon istehsal ediləcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Keniya prezidenti Uilyam Ruto ölkəsinin gələn il 40 dollara smartfon istehsalına başlayacağını bildirib.

Banco.az xəbər verir ki, Uilyom Ruto Milli Ticarət və Sənaye Palatasının paytaxt Nayrobidə keçirilən iclasında Afrikada ən ucuz smartfonların Keniyada istehsal olunacağına dair söz verib.

Telekommunikasiya şirkətləri ilə danışıqlar apardıqlarını bildirən prezident 5 min Keniya şillinqindən (təxminən 40 dollar) aşağı qiymətə lazımi bütün xüsusiyyətlərə sahib smartfonlar istehsal edəcəklərini iddia edib.

Prezident Ruto həmçinin qeyd edib ki, yaxın gələcəkdə dövlət xidmətlərinin 90 faizini rəqəmsal platformalara köçürməyi planlaşdırırlar.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, daha əvvəl Afrikanın Ruanda və Cənubi Afrika hissələrində yerli smartfonlar istehsal olunurdu, lakin Cənubi Afrikada istehsalı həyata keçirən şirkət bu il öz fabrikini satışa çıxarmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et