Bu ölkə varlılara əlavə vergilər tətbiq etməyə hazırlaşır | Banco.az

Bu ölkə varlılara əlavə vergilər tətbiq etməyə hazırlaşır

Tamara Mustafayeva, Banco.az

İspaniyanın maliyyə naziri Maria Xesus Montero Rusiya-Ukrayna müharibəsi ilə başlayan yüksək inflyasiya və enerji böhranı problemləri ilə mübarizə çərçivəsində varlılardan əlavə vergilərin alınması üçün işə başladıqlarını bildirib.

Banco.az xarici mətbuata istinadən xəbər verir ki, Montero parlamentdə jurnalistlərə açıqlamasında, "Yüksək gəlirlilər və enerji şirkətləri kimi fövqəladə qazanc əldə edənlərdən daha çox işlər görmələrini istəmək lazımdır", deyə bildirib.

"Varlılardan daha çox vergi alınması" ilə bağlı işlərin davam etdiyini qeyd edən Montero müvəqqəti əlavə vergilərin 2023-cü il yanvarın 1-dən etibarən qüvvəyə minməsinin nəzərdə tutulduğunu qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et