Pomidor ixracı Azərbaycana 14 mln. dollara yaxın gəlir gətirib | Banco.az

Pomidor ixracı Azərbaycana 14 mln. dollara yaxın gəlir gətirib

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar ayında Azərbaycan 13.6 mln. ABŞ dolları dəyərində pomidor ixrac edib. Bu, illik müqayisədə 1.1 milyon dollar və ya 7.5% azdır.

Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib. 

Bildirilib ki, 2025-ci ilin yanvar ayında pomidor ixracının ümumi dəyəri 14.7 milyon dollara bərabər olub.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (33 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda meşə fındığı (29.3 milyon ABŞ dolları) ikinci, xurma (22.3 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram