Müəllif:Ayşən İmanova/Banco.az
Niderland Ukraynanın bərpası üçün müxtəlif layihələrin həyata keçirilməsinə 138 milyon avro ayırır.
Banco.az xəbər verir ki, bu barədə Niderlandın Baş naziri vəzifəsini icra edən Mark Rutte Berlində Ukrayna Bərpa Konfransında çıxışı zamanı deyib.
"Niderland həyati əhəmiyyətli enerji infrastrukturunun təmiri, humanitar yardım və biznesin bərpası təşəbbüsləri üçün 138 milyon avroluq yeni yardım paketi ayırır", - deyə o qeyd edib.
Rutte əlavə edib ki, güclü silahlı qüvvələr olmadan bərpanın mənası yoxdur.
"Buna görə də Ukraynaya “Patriot” kompleksinin tədarükü ilə bağlı danışıqlar davam etdiriləcək”, - o vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!