Müəllif:Ayşən İmanova/Banco.az
Avstraliya enerji və ilkin tələbat mallarının alınması üçün Ukraynaya 20,5 milyon dollar ayırmağı planlaşdırır.
Banco.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəhbəri Penni Vonq məlumat verib.
“Hökumət Ukraynada enerji və humanitar problemlərin həlli üçün 31 milyon Avstraliya dolları (20,5 milyon dollar) ayıracaq”, - deyə Nazirliyinin bəyanatında deyilir.
Vonq qeyd edib ki, yardım “elektrik enerjisinə olan prioritet ehtiyacları ödəmək və Ukrayna xalqını dəstəkləmək” məqsədi daşıyacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!