Müəllif:Ayşən İmanova/Banco.az
Cənubi Koreya 2025-ci ildə ukraynalı hərbçilərin reabilitasiyası üçün 24 milyon dollar ayıracaq.
Banco.az xəbər verir ki, bunu Cənubi Koreya Prezidenti Yun Sok Yol NATO-nun Vaşinqtonda keçirilən sammiti çərçivəsində Ukraynaya dəstəyin müzakirə olunduğu tədbirdə deyib.
“Cənubi Koreya Ukraynaya təhlükəsizlik, humanitar və yenidənqurma sahələrində yardım göstərməyə davam edəcək, biz gələn il maddi vəsaitin həcmini iki dəfə artıracağıq”, – Yun Sok Yol qeyd edib.
Bildirilib ki, 2024-cü ildə bu məqsədlər üçün 12 milyon dollar ayrılıb, gələn il isə məbləğ 24 milyon dollar olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!