Bu ölkə tibbi turizmdə lider olmağı hədəfləyir | Banco.az

Bu ölkə tibbi turizmdə lider olmağı hədəfləyir

Tailand hökuməti 2024-cü ilədək ölkəni dünya miqyaslı təbabət və sağlamlıq mərkəzinə çevirməyi qarşıya məqsəd qoyub.

Tailand Turizm Komitəsinin (TAT) qubernatoru Yuthasak Supasorn ölkənin səhiyyə xidmətləri sahəsindəki nüfuzu sayəsində 2018-ci ildə Tailanda sağlamlığı bərpa etmək üçün 3,2 milyon əcnəbinin gəldiyini, nəticədə ölkə iqtisadiyyatın 45 milyard bat, yəni 1,45 milyard ABŞ dolları həcmində gəlir əldə etdiyini bildirib.

Təşkilat rəhbərinin sözlərinə görə, sözügedən hədəfə çatmaq üçün xaricdə yaşayan və öz ölkələrində səhiyyə xidmətləridə çətinliklərlə üzləşən milyonadək tailandlını tarixi vətənə qaytarmağa ümid etdiklərini deyib.

Təşkilatın Avropa, Afrika, Yaxın Şərq, Amerika bölməsinin rəhbəri Srisuda Vanapinyosak da sözügedən planda xaricdəki soydaşlara konsulluq şöbələri ilə birgə onlayn səhiyyə xidmətlərinin mühüm yer tutduğunu diqqətə çatdırıb. Bununla yanaşı, ölkədəki mehmanxanaları təhkim xəstəxanalarla birgə müəyyən tibbi xidmətlər göstərmələri üçün həvəsləndirmək nəzərdə tutulur: “Mehmanxanalar Tailandda səhiyyə xidmətlərilə bağlı əlavə rabitə və tanıtma vasitəsinə çevrilə bilər. Belə ki, insanlar tibbi xidmətlər dalınca Tailanda yola düşməzdən əvvəl ilkin məsləhətləri menmanxanalar və tərəfdaş xəstəxanalardan ala bilər”.

Bundan əlavə, ölkədəki səhiyyə operatorları ilə xaricdəki tibbi vasitəçilər və agentlər üçün xüsusi onlayn platformu yaratmaq, dövlət qulluqçularına tibbi sığorta vasitəsilə səhiyyə xidmətlərinin inkişaf edildiyi ölkələrlə tərəfdaş əlaqələrini genişləndirmək, habelə komitənin dünya boyu 29 ofisi vasitəsilə xarici KİV vasitəsilə tanıtma fəaliyyətlərini genişləndirmək də nəzərdə tutulur.

Ən sərfəli kredit üçün müraciət et

Samui adasında fəaliyyət göstərən “Nora Resorts & Hotels Group”un vise-prezidenti Vorasit Ponqkumpunt pandemiyadan sonra sağlamlıq xidmətlərinə olan tələbatın artacağını bildirib. Belə ki, adada 600 mehmanxananın 10 faizədək hissəsinin məhz tibbi turizmə üstünlük verdiyi, bu bazarın böyük gələcək vəd etdiyi qeyd olundu.

Yanvarın 13-dən koronavirusun yayıldığı Tailandda ötən müddət ərzində 3100-dən artıq yoluxan olub ki, bunlardan 58 nəfər ölüb, 3 mindən artıq da sağalıb. Mayın 26-dan sonra daxili yoluxmaların qeydə alınmadığı ölkədə iyun ayının 2-dən sonra koronavirusdan ölüm hadisəsi baş verməyib.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et