Bu ölkə təmiz enerji mənbələrindən istifadəni 1 faiz artırmağı hədəfləyir | Banco.az

Bu ölkə təmiz enerji mənbələrindən istifadəni 1 faiz artırmağı hədəfləyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin təmiz enerji mənbələrindən istifadəni 1 faiz artırmağı hədəfləyir.

Banco.az xəbər verir ki, Çin yaxın 5 ildə təmiz enerji mənbələrindən istifadəni hər il 1 faiz artırmağı planlaşdırır.

Çinin Milli Enerji Administrasiyasının rəhbəri Cang Cienhua paytaxt Pekində keçirdiyi mətbuat konfransında ölkədə təmiz enerjidən istifadənin təşviqi ilə bağlı qiymətləndirmələr edib.

Ölkədə təmiz enerji ehtiyatlarının quraşdırılmış gücünün 1,27 teravatt olduğunu bildirən Canq onun ümumi quraşdırılmış gücdə nisbətinin 49,5 faiz, istehlakdakı payının isə 17,5 faiz olduğunu bildirib.

Qarşıdakı 5 ildə fosil olmayan təmiz enerji istehlakının hər il 1 faiz artacağını ifadə edən qurumun rəsmisi Çinin bu qaynaqların istifadəsinə diqqət yetirəcəyinə diqqət çəkib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Çinin külək və günəş enerjisinə yatırdığı investisiyalar ötən 3 il ərzində ildə 100 giqavat artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et