Müəllif - Aida İsaq, Banco.az
Macarıstan Rusiyanın nüvə enerjisinə qarşı məhdudiyyətləri özündə ehtiva edən 11-ci sanksiyalar paketini dəstəkləmir.
Banco.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Szijjarto bildirib. Onun sözlərinə görə, müvafiq sanksiyalar paketi avropalı ixracatçılar, eləcə də Brüssel və Pekin münasibətləri üçün riskli vəziyyət yaradır. O, Avropa şirkətlərinin Rusiyadan kənarda ixracının çətinləşməsinin Avropa İttifaqının rəqabət qabiliyyətinin azalmasına səbəb ola biləcəyini vurğulayıb.
Nazir həmçinin Rusiyaya qarşı yeni sanksiyaların ümumiyyətlə tətbiq olunmamalı olduğunu bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!