Müəllif - Aida İsaq, Banco.az
Estoniya Rusiyaya qarşı sanksiyalar siyahısının genişləndirilməsini təklif edib.
Banco.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Urmas Reinsalu bildirib. O, ölkəsinin əvvəllər də Rusiyanın nüvə enerjisinə qarşı sanksiyaların tətbiqini tələb etdiyini və gələcəkdə də buna tərəfdar olacağını qeyd edib. Nazir Rusiya banklarına, qızıl hasilatı, metallurgiya sahələrinə SWIFT sistemindən istifadənin tamamilə qadağan edilməli olduğunu vurğulayaraq Rusiya neftinin qiymət limitinin indiki səviyyədən də aşağı olmalı olduğunu səsləndirib.
Bizi sosial şəbəkələrdən izləyin!!