Bu ölkə rekord həcmdə nağd valyuta idxal edib | Banco.az

Bu ölkə rekord həcmdə nağd valyuta idxal edib

Müəllif:Ayşən İmanova/Banco.az

2022-ci ilin martında Ukraynada müharibə başlayandan bəri Rusiya ABŞ və Avropa İttifaqının öz valyutalarının ixracını qadağan etməsi səbəbilə təxminən 2,3 milyard ABŞ dolları və avro həcmində nağd pul alıb.

Banco.az xəbər verir ki, bu barədə “Reuters” gömrük məlumatlarına istinadən məlumat yayıb.

Məlumata görə, Rusiya BƏƏ və Türkiyə kimi ticarət məhdudiyyətləri tətbiq etməyən ölkələrdən xeyli miqdarda nağd xarici valyuta idxal edib. Ümumi məbləğin yarısından çoxunun sənədlərdə mənşə ölkəsi göstərilməyib.

Nəşr qeyd edir ki, Çin yuanı ödənişlərdə bəzi problemlərin qalmasına baxmayaraq, ABŞ dollarını keçərək Moskvada ən çox satılan xarici valyutaya çevrilib.

Xatırladaq ki, 2023-cü ilin dekabrında ABŞ hökuməti Rusiyaya sanksiyalardan yayınmağa kömək edən maliyyə institutlarını cərimələməklə hədələyib və üçüncü ölkələrin şirkətlərinə qarşı cərimələr tətbiq edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram