Bu ölkə odun ixracına qadağa qoyub | Banco.az

Bu ölkə odun ixracına qadağa qoyub

Müəllif - Aida İsaq, Banco.az

Yunanıstan 2023-cü il martın 1-dək ölkədən odun və digər taxta məhsullarının ixracına qadağa qoyub.

Banco.az  xəbər verir ki, noyabrın 15-də Yunanıstanın İnkişaf və İnvestisiya Nazirliyi tərəfindən taxta məhsullarının ixracını qadağan edən düzəliş parlamentə təqdim edilib. Nazirlik bu qərarı sözügedən məhsulların bahalaşması və ağacların qeyri-qanuni kəsilmə riskinin artması səbəbi ilə izah edib.

Qərarda Avropa İttifaqı dövlətləri başda olmaqla, odun ixracının ümumilikdə üçüncü ölkəyə tam şəkildə qadağa qoyulması nəzərdə tutulur. Qeyri-qanuni ixrac halları aşkar olunarsa, məhsullar dövlətin xeyrinə müsadirə olunacaq. Bu cür fəaliyyət isə qaçaqmalçılıq halı hesab olunacaq. 

Digər Avropa ölkələrində olduğu kimi Yunanıstanda da il ərzində elektrik enerjisi, qaz və motor yanacağının qiymətləri kəskin artıb. İnkişaf və İnvestisiya Nazirliyinin rəhbəri Adonis Georgiadis bildirib ki, odun qiymətlərində də ötən illə müqayisədə 30 faiz bahalaşma qeydə alınıb. Qiymətlər ağac növündən asılı olaraq dəyişir. Məsələn, şam ağaclarının bir kubmetri 140-150 avro arasında dəyişirsə, zeytun ağacında bu 170-180 avro olaarq dəyərləndirilir. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram