Bu ölkə Fransa İnkişaf Agentliyindən 75 milyon avro kredit alacaq | Banco.az

Bu ölkə Fransa İnkişaf Agentliyindən 75 milyon avro kredit alacaq

Müəllif:Ayşən İmanova/Banco.az

Ermənistan hökuməti Fransa İnkişaf Agentliyi tərəfindən 75 milyon avro məbləğində kreditin ayrılmasını nəzərdə tutan sazişi təsdiqləyib.

Banco.az xəbər verir ki, bunu hökumətin iclasında həmin layihəni təqdim edən maliyyə naziri Vahe Ovannisyan deyib.

“Proqram üç əsas hissədən ibarətdir: dövlət maliyyə idarəçiliyi sisteminin təkmilləşdirilməsi, dövlət qiymətli kağızları və pul bazarlarının infrastrukturunun gücləndirilməsi, biznes fəaliyyətinin maliyyələşdirilməsi üçün yeni alətlərin hazırlanması və daha şəffaf idarəetmənin təmin edilməsi”, – nazir bildirib.

Ermənistan hökuməti üzvünün sözlərinə görə, proqram Asiya İnkişaf Bankı ilə birgə həyata keçirilir, məbləğ 2024-cü ildə dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsinə yönəldiləcək, borcun əsas məbləğinin ödənilməsi müddəti 20 il olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et