Müəllif - Aida İsaq, Banco.az
Şri-lanka ilə Rusiya ərzaq təhlükəsizliyi və Rusiya gübrələrinin tədarükünə dair danışıqlar aparır.
Banco.az xəbər verir ki, bu barədə Şri-Lankanın Moskvadakı səfiri Janita Abeivikrema Liyanage bildirib. O, Şri-Lankanın müstəqilliyinin 75-ci ildönümü şərəfinə Moskvada keçirilən incəsənət və sənaye sərgisində hazırda bu məsələlərin müzakirə olunduğunu qeyd edib.
Qeyd edək ki, rəsmi qurumların məlumatlarına əsasən, ilin əvvəlindən Şri-Lankaya gələn hər üçüncü turistin Rusiyadan gəldiyi məlum olub.
Bizi sosial şəbəkələrdən izləyin!!