Bu ölkə dünyanın 3-cü ən böyük iqtisadiyyatına çevrilə bilər | Banco.az

Bu ölkə dünyanın 3-cü ən böyük iqtisadiyyatına çevrilə bilər

Müəllif:Ayşən İmanova/Banco.az

Hindistan ÜDM artımının sürətləndirilməsi və ölkədə iqtisadi islahatların həyata keçirilməsi nəticəsində 2030-31-ci maliyyə ilinə qədər dünyanın üçüncü ən böyük iqtisadiyyatına çevrilməyə hazırlaşır.

Banco.az xəbər verir ki, bu proqnozla Amerikanın “S&P Global” analitik şirkəti çıxış edib.

“Cari 2024-25-ci maliyyə ilində Hindistanın ÜDM-in artım tempinin 8,2 % səviyyəsində proqnozlaşdırıldığı halda, ölkə iqtisadiyyatı logistika, özəl sektora investisiyaların stimullaşdırılması və dövlət kapitalından asılılığın azaldılması, biznes əməliyyatlarının təkmilləşdirilməsi üçün vacib olan davamlı islahatlar şərti ilə 2030-2031-ci maliyyə ilinə qədər dünyanın üçüncü ən böyük iqtisadiyyatı olmaq potensialına malikdir”, - hesabatda bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Hindistanın dünyanın ilk üç iqtisadiyyatından biri olması üçün ilkin şərtlər güclü inkişaf perspektivləri və daha yaxşı tənzimləmə sayəsində ölkənin fond bazarlarının dinamikliyi və rəqabət qabiliyyətidir. 

“S&P Global” qeyd edir ki, bu, həmçinin əsas inkişaf etməkdə olan bazar indekslərinə qoşulduqdan sonra ölkənin dövlət istiqrazlarına xarici investisiya axınının kəskin artması ilə də dəstəklənir.