Bu ölkə Çin vətəndaşları üçün viza rejimini ləğv edir | Banco.az

Bu ölkə Çin vətəndaşları üçün viza rejimini ləğv edir

Müəllif:Ayşən İmanova/Banco.az

Kuba birtərəfli qaydada adi pasportlara malik Çin vətəndaşları üçün gündəlik viza rejimini ləğv etmək qərarına gəlib.

Banco.az xəbər verir ki, bu barədə ölkənin turizm naziri Xuan Karlos Qarsiya Qranda məlumat verib.

“Çin ilə ticarət və iqtisadi əlaqələrin, xüsusən turizm sahəsində təşviq edilməsi səyləri fonunda, ölkəmizin adi pasportlara malik Çin vətəndaşları üçün viza tələblərinin ləğvini təsdiqləmək qərarını məmnuniyyətlə elan edirəm”, - deyə nazir bildirib.

Qeyd edək ki, Kuba bu il bir milyondan çox xarici turist qəbul edib. Hökumət ilin sonuna qədər bu rəqəmin 3,5 milyona yüksələcəyini gözləyir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram