Tamara Mustafayeva, Banco.az
İngiltərə yoluxma sayının artması səbəbilə beynəlxalq səyahət qaydalarına təmkinlə yanaşmaqda davam edəcək.
Banco.az xarici mətbuata istinadla bildirir ki, İngiltərə hökuməti səyahət ediləbilən ölkələrin qeyd olunduğu "yaşıl siyahı"nı yenidən gözdən keçirməklə yekun versiyanı növbəti həftə ictimaiyyətə təqdim edəcək.
Baş Nazir Boris Conson açıqlamasında hökumətin koronavirusa yoluxma sayının artması səbəbindən beynəlxalq səyahətlər üzrə məhdudiyyətlərə davam edəcəyini bildirib. O, həmçinin qeyd edib ki, yoluxma səviyyəsinin aşağı olması əsas götürülərək əvvəlki "yaşıl siyahı"da adları qeyd edilən ölkələrdəki cari vəziyyət nəzərə alınmaqla ehtiyac yaranacağı təqdirdə sözügedən ölkələr də "yüksək risk qrupu ölkələri" siyahısına əlavə ediləcək.
Qeyd edək ki, ötən ay ölkədə turizm qadağası ləğv edilmiş, ancaq təkcə 12 destinasiya etibarlı bölgələrin siyahısına daxil edilmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!