Müəllif - Aida İsaq, Banco.az
Finlandiya ölkənin ən böyük neft emalı zavodu "Neste" ətrafındakı uçuşa qadağan zonasını genişləndirilib.
Banco.az xəbər verir ki, buna səbəb neft emalı zavodunun üzərində icazəsiz dronların aşkar olunmasıdır. Məhdudiyyət oktyabrın 25-i saat 15:00-dan qüvvəyə minib və bir həftə müddətində qüvvədə olacaq.
Baş müfəttiş Timo Leppalinin sözlərinə görə, son həftələr qadağanın olmasına baxmayaraq sözügedən ərazidə uçuşların həyata keçirildiyi müşahidə olunub.
"Uçuşa qadağan olunan zonanı genişləndirməkdə məqsəd həmin ərazilərə uçuş həyata keçirənləri daha yaxından izləyə bilməkdir" deyə Leppali bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!