Bu milyarder bir gündə 13 milyard dollar əldə etdi | Banco.az

Bu milyarder bir gündə 13 milyard dollar əldə etdi

Tamara Mustafayeva, Banco.az

ABŞ-ın e-ticarət nəhəngi Amazon şirkətinin təsisçisi və dünyanın ən varlı insanı Ceff Bezos koronavirus pandemiyası ərzində sərvətini daha da artırmağa nail oldu. Bezos dünən Amazon səhmlərinin birjada yüksəlməsi ilə bir gündə sərvətinə ən çox pul əlavə edən şəxs olub.

Jeff Bezos

Banco.az xarici mətbuata istinadla bildirir ki, tanınmış milyarder bazar ertəsi şəxsi sərvətinə 13 milyard dollar əlavə etməklə 2012-ci ildə Blomberg Milyarderlər İndeksinin yaradılmasından bəri ilk dəfə olaraq bir gün ərzində ən çox gəlir əldə edən şəxs olub.

Amazon şirkətinin səhmləri 2018-ci ilin dekabr ayından bəri ən böyük yüksəlişə imza ataraq 7.9 faiz dəyər qazanıb. Ümumilikdə isə 2020-ci ilin bu ayınadək şirkətin səhmləri 73 faiz dəyər qazanıb.

Xatırladaq ki, ABŞ tarixinin ən sərt iqtisadi geriləmələrindən birini yaşasa da, Amazon şirkətinin 56 yaşlı təsisçisi Bezos şəxsi sərvətinə bu il ərzində 74 milyard dollar əlavə etməklə ümumi sərvətini 189.3 milyard dollara çatdırıb. Hətta onu da qeyd edək ki, Bezosun şəxsi sərvəti Exxon, Nike və McDonald`s kimi böyük şirkətlərin bazar dəyərini belə üstələyir.

Digər texnologiya nəhəngləri də insanların evdə qalması və hökumətlərin iqtisadiyyatı canlandırmaq üçün böyük dəstək paketləri açıqlaması səbəbindən mövcud artım tempindən özlərinə pay çıxarmağa nail olublar. Şirkətinin üzləşdiyi reklam boykotuna baxmayaraq, Mark Zuckerberg də bu il ərzində sərvətinə 15 milyard dollara yaxın bir məbləğdə vəsait əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Pandemiya dövründə milyonlarla insan işini itirdi, milyarderlər isə varlandı

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et