Bu məşhur şəxs bir həftədə 8 milyard qazandı | Banco.az

Bu məşhur şəxs bir həftədə 8 milyard qazandı

Fransanın LVMH (Louis Vuitton Moet Hennessy) şirkətlər qrupunun baş direktoru Bernar Arno bir həftə ərzində sərvətini 8 milyard ABŞ dolları məbləğində artırıb.

Buna səbəb şirkət səhmlərinin qiymətinin artması olub.

Hazırda onun sərvəti 122 milyard ABŞ dolları həcmində qiymətləndirilir.

Qeyd olunub ki, 15-22 oktyabr arası LVMH-nin səhmləri 6 faiz artıb, buna “Louis Vuitton” və “Dior” markalarının güclü satışları kömək edib.

Eyni zamanda, 15 oktyabrda şirkət bu ilin doqquz ayında gəlirlərində 21 faiz azalma olduğunu açıqlayıb.

Report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et