Bu Mərkəzi Bank uçot dərəcəsini ötən 10 ilin maksimumuna qaldırdı | Banco.az

Bu Mərkəzi Bank uçot dərəcəsini ötən 10 ilin maksimumuna qaldırdı

Tamara Mustafayeva, Banco.az

Norveç Mərkəzi Bankı yüksək inflyasiyanı cilovlamaq üçün uçot faizini ötən 10 ilin ən yüksək səviyyəsinə qaldırıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Norveç Mərkəzi Bankı proqnozlara uyğun olaraq uçot dərəcəsini 50 bənd artıraraq 1,75%-ə çatdırıb.

Beləliklə, faiz dərəcəsi 2012-ci ilin martından bəri ən yüksək səviyyəyə qalxıb. Açıqlamada bildirilib ki, uçot dərəcəsi yəqin ki, sentyabr ayında da artırılacaq.

Qeyd edək ki, Norveç inflyasiyanın 34 illik pik həddinə çatması səbəbindən faiz artımı dövrünə başlayan ilk inkişaf etmiş ölkələrdən biri olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et