Bu məhsulların satışı və istehsalı qadağan ediləcək | Banco.az

Bu məhsulların satışı və istehsalı qadağan ediləcək

Polietilen torbalardan istifadə ilə bağlı sənədlər hazırdır və dövlət qurumlarının müsbət rəyindən sonra sənədlər qüvvəyə minəcək.

Bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu sənədlərdəki tədbirlərin bütün müvafiq qurumlarla birlikdə tətbiqi cədvəli hazırlanıb.

M.Babayev əlavə edib ki, 15 mikrona qədər olan plastik polietilen torbaların Azərbaycanda satışı, idxalı və istehsalının tam qadağan edilməsi, 15 mikrondan çox plastik polietilen torbaların satışının pullu olması öz əksini tapıb.

M.Babayev bu təcrübənin bir çox ölkələrdə tətbiq edildiyini və səmərəli nəticə verdiyini söyləyib.

Trend

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et